resepti.local » Resept » Nektarinli peçenye resepti
Nektarinli peçenye resepti

Nektarinli peçenye resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Nektarinli peçenye resepti

Tərkibi:
3-4 bərk nektarin (şaftalı növü)
1 xörək q. limon şirəsi
80 qram şəkər
320 qram un
1 xörək q. qabartma tozu
Bir çimdik duz
150 qram kərə yağı
150 qram xama

Bəzək üçün:
Şəkər tozu

Hazırlanması:
Nektarinləri yuyun, qabığını soyun, tumlarını çıxardın və xırda kvadrat formasında doğrayın.
Üzərinə 2 çay qaşığı şəkər və limon sokunu əlavə edin.
Başqa qabda kərə yağını xırda-xırda doğrayın, üzərinə un, duz, şəkər və qabartmanı əlavə edin və əllə yaxşı qarışdırın.
Sonra hissə-hissə xamanı əlavə edib qarışdırn.
Nektarinləri xəmirə qatın.
Taxtanı unlayın və xəmiri 2 sm qalınlığında yayın.
Stəkan ağzı və ya xüsusi peçenye forması ilə dairələr kəsin.
Soba qabına yağlı kağız qoyun.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20 dəqiqə bişirin.
Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür