resepti.local » Resept » Xamalı kremlə bananlı tort resepti
Xamalı kremlə bananlı tort resepti

Xamalı kremlə bananlı tort resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Xamalı kremlə bananlı tort resepti

Tərkibi:
5 yumurta
1 su stəkanı qatıq
3 su stəkanı un
1 çay q. qabartma tozu
400 qram 35%-li xama
3 su stəkanı şəkər
3 ədəd banan

Hazırlanması:
Xəmiri hazırlamaq üçün yumurta ilə 2 stəkan şəkəri çalın, üzərinə qatıq, qabartma tozu ilə qarışdırılmış unu əlavə edin.
Soba qabını yağlayın.
Xəmiri soba qabına tökün.
Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
Korj soyuduqdan sonra onu 3 hissəyə bölün.
Krem hazırlamaq üçün xamanı 1 stəkan şəkərlə çalın.
Bananların qabığını təmizləyib halda formasında doğrayın.
Tortun alt qatına banan düzüb üstünə krem çəkin.
Üç korju da belə təkrarlayın.
1 saat soyuducuda saxlayın.
Üzərinə sürtgəcdən keçirilmiş şokolad səpə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür