resepti.local » Resept » Fırında pendirli gülkələmi resepti
Fırında pendirli gülkələmi resepti

Fırında pendirli gülkələmi resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Fırında pendirli gülkələmi resepti

Tərkibi:
1 orta boy gülkələmi,
1 yumurta,
1 çay stəkanı süd,
3 yemək qaşığı zeytun yağı,
1 su stəkanı rəndələnmiş mozzarella pendri,
1ədəd soğan ,
3-4 diş sarımsaq,
1 çay qaşığı qırmızı toz bibər,
Duz,
İstiot.

Hazırlanması:
Gülkələmini kiçik hissələrə ayıraraq təmiz yuyun.
Gülkələminin kiçik hissələrə ayrılmış hissələrini 5-6 dəqiqə ocaqda bişirin və sonra fırın qabına , yaxud da istiyə davamlı qaba yerləşdirin.
Ayrı bir qabda yumurta, süd, zeytunyağı, duz və ədviyyatları eyni səviyyədə qarışana qədər çırpın.
Çırpdığınız yumurtalı qarışığı gülkələmlərinin üzərinə tökərək bir qaşıq yardımı ilə bərabər səviyyədə yayın.
Fırını əvvəlcədən 170 dərəcə qızdırın.
Hazırladığınız qarışımı fırına verin və 20 dəqiqəyə yaxın fırında bişirin.
20 dəqiqədən sonra qarışımın üzərinə mozarella pendiri rəndələyərək əlavə edin.
Pendir əlavə etdiyiniz gülkələmini daha 15 dəqiqə fırında bişirin.
Hazır olan yeməyi isti vəziyyətdə servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür