resepti.local » Resept » Bişmiş südlü kremlə napaleon tortu resepti
Bişmiş südlü kremlə napaleon tortu resepti

Bişmiş südlü kremlə napaleon tortu resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Bişmiş südlü kremlə napaleon tortu resepti

Tərkibi:
2,5 su stəkanı un
250 qram marqarin
½ su stəkanı su
200 qram kərə yağı
1 banka bişmiş süd

Hazırlanması:
Marqarin və unu əllə ovun.
Üzərinə soyuq su və 0,5 çay q. alma sirkəsi əlavə edin.
1 sat soyuducuda saxlayın.
Xəmirdən kündələr hazırlayın.
Soba qabına nazik qat yayın, çəngəl ilə bir neçə yerdən deşin.
Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada qızarana qədər bişirin.
Krem hazırlamaqq üçün bişmiş südü qaynar suda 3 saat bişirin.
Soyuduqdan sonra kərə yağı ilə mikserlə çalın.
Kreminiz hazırdır.
Bişmiş kojları kremləyərək bir-birinin üstünə düzün.
Korjlardan birini əllə qırın və ən üst qata da krem çəkib korj qırıqlarını üstünə səpin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür