resepti.local » Resept » Şəkərparə resepti
Şəkərparə resepti

Şəkərparə resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: 6-8

Şəkərparə resepti

Tərkibi:
2 ədəd yumurta
4 qəhvə fincanı əridilmiş marqarin (istəyə gorə kərə yağıda olar)
4 qəhvə fincanı toz şəkər
12 qəhvə fincanı un
1 paket qabartma tozu
1 paket vanil

Üzəri üçün:
1 su stəkanı fındıq içi

Şərbəti üçün:
3,5 su stəkanı su
3,5 su stəkanı şəkər
1 şorba qaşığı limon suyu
1 paket vanil

Hazırlanması:
Xəmir üçün lazım olan ərzaqları yaxşıca yoğurduqdan sonra, xəmirdən qoz böyüklüyündə qoparıb, üzərinə basdırıb yastı halını almasını təmin edirik. daha sonra üzərinə fındıq içindən yerləşdirib, 170 dərəcə isidilmiş sobada üzəri yüngül qızarana qədər bişiririk. digər tərəfdən şəkər və suyu ayrı bir qazanda qaynadırıq. Şərbət qaynadıqdan 3 dəqiqə sonra limon suyu əlavə olunur, 5 dəqiqə sonra isə vanil əlavə edirsiniz. özünü tutana qədər qaynadılan şərbət, isti isti, bişən şəkər parə`lərin üzərinə tökülür.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür