resepti.local » Resept » Yuxa çipsləri resepti
Yuxa çipsləri resepti

Yuxa çipsləri resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Yuxa çipsləri resepti

Tərkibi:
2 lavaş
100-150 ml bitki yağı
0,5 ç.q. reyhan qurusu
0,5 ç.q. mərzə qurusu
0,5 ç.q. qırmızı istiot
0,5 ç.q. sarımsaq tozu
0,5 ç.q. duz

Hazırlanması:
Sobanı 2200 C qızdırın.

Lavaşı kvadrat, yaxud üçbucaq formada xırda doğrayın.

Siniyə qoyun, ədviyyatları üzərinə səpin, yağ əlavə edin və yaxşıca qarışdırın.

Başqa cür də eləmək olar: lavaşın hər iki üzünü yağlayıb sonra doğrayın, ədviyyatla qarışdırın.

Sobada 5-7 dəqiqə bişirin. İmkan varsa, siniyə bir lay döşəyin, yoxdursa, hamısını bir siniyə tökdükdən sonra bişən zaman arada qarışdırın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür