resepti.local » Resept » Bermud üçbucağı resepti
Bermud üçbucağı resepti

Bermud üçbucağı resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Bermud üçbucağı resepti

Bu üçbucaq bişmişləri "Kordon Blyu" reseptlər kitabında "Yoxa çıxan üçbucaqlar" adlandırırlar. Tez hazırlanan və ağızda dərhal əriyən, bu səbəbdən boşqabdan sürətlə yoxa çıxan dadlı kökələrin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:
100 q un
100 q kərə yağı
100 q pendir (parmezan və ya holland)
1/4 ç.q. duz
1 yumurta

Üzərinə:
xaş-xaş, qovrulmuş soğan, şirin qırmızı istiot, xırdalanmış qoz, adi duz, razyana, cirə, rozmarin və s. (zövqə görə)

Hazırlanması:
Unu yağ və duzla bıçağın köməyilə döyün.

Umac alınanda sürtgəcdən keçirilmiş pendir əlavə edib yenə döyün.

Ləyənə yığıb 1 yumurtanın sarısını əlavə edin.

Dağılan, ovuntuq kimi xəmir alınır, amma buna baxmayaraq onu kündələmək çox asandır. Kündə tutub qida plyonkasına bükün, soyuducuda 20 dəqiqə saxlayın.

Formanı ərinmiş kərə yağı ilə yağlayın, sonra soyudun (donmuş yağ təbəqəsi əmələ gələcək).

Kündəni iki yerə bölün.

Hər birini 20x20 sm ölçüdə kvadrat kimi yayın. 5x5 ölçüdə 16 kvadrata bölün, hər kvadratı da diaqonal üzrə bölün (cəmi 64 uçbucaq).

Yumurtanın ağını çalın.

Üçbucaqların üzərinə çəkin, sonra da zövqünüzə görə ədviyyatı üzərlərinə səpin (qarışıq da edə bilərsiniz).

Sobanı 170 dərəcə qızdırın. Bıçağın köməyilə üçbucaqları hazırladığınız formaya düzün. Sobada 10 dəqiqə bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür