resepti.local » Resept » Kakoslu dondurma resepti
Kakoslu dondurma resepti

Kakoslu dondurma resepti

Mətbəx: Yoxdu
Porsiya: 2-4

Kakoslu dondurma resepti

Tərkibi:
1 çay stəkanı rəndələnilmiş hindistan qozu (kakos)
Yarım kq süzmə qatıq
1 su stəkanı toz şəkəri
Yarım limonun suyu
1 paket vanil

Üzəri üçün:
2 paket (80 qramlıq) bitter şokolad

Hazırlanması:
Dərin bir qabda süzmə qatıq ilə toz şəkəri yaxşıca çırpın. Hindistan qozu, limon suyu və vanili əlavə edib, çırpmağa davam edin. Donması üçün buzluqda 1 gecə gözlədin. Digər tərəfdən benmari üsulu əritdiyiniz şokoladı sıxma torbasına doldurun. Bir çömçənin xaricinə şokolad ilə cızıqlar edərək şəkil verin və buzluqda 1-2 saat gözlədin. Dondurmanı servis edəcəyiniz zaman dondurma qaşığı ilə servis qabına toplar çıxarın. Üzərinə çömçənin üzərində dondurub, çıxardığınız şokoladları yerləşdirin və gözlətmədən servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür