resepti.local » Resept » Kəsmikli blinçik piroqu resepti - FOTO RESEPT
Kəsmikli blinçik piroqu resepti - FOTO RESEPT

Kəsmikli blinçik piroqu resepti - FOTO RESEPT

Mətbəx: Yoxdu
Porsiya: 2-4

Kəsmikli blinçik piroqu resepti - FOTO RESEPT

Tərkibi:
10-12 ədəd hazır nazik blinçik
500 q kəsmik
1-2 x.q. şəkər tozu
1 yumurta
1 paket vanilli şəkər
ərik qurusı və ya kişmiş

Üzərinə:
2 yumurta
2-3 x.q. şəkər tozu
3 x.q. xama

Hazırlanması:
Sevdiyiniz reseptlə blinçik hazırlayın. Elə bir resept əlinizin altında yoxdursa, şirin və duzlu blinçiklərin hazırlanma qaydasından istifadə edə bilərsiniz.

İç hazırlayın. Bunun üçün kəsmiyi yumurta, şəkər tozu, vanilli şəkərlə çalın, doğranmış ərik qurusu əlavə edib qarışdırın.

İçi blinçiklərin içinə qoyub rulet kimi bükün.

Formanı yağlayın. Blinçik ruletlərini formaya spiral kimi düzün.

Yumurtanı şəkər tozuyla çalıb xama əlavə edin, eynicinsli kütlə alınınca qarışdırın.

Piroqun üzərinə bərabər şəkildə yayın. 190 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Kəsmikli blinçik piroqu resepti - FOTO RESEPT

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür