resepti.local » Resept » Yaşıl reyhanlı çörək resepti
Yaşıl reyhanlı çörək resepti

Yaşıl reyhanlı çörək resepti

Mətbəx: Yoxdu
Porsiya: 6-8

Yaşıl reyhanlı çörək resepti

Tərkibi:
1 paket yaş maya
1 çay stəkanı maye yağ
1 su stəkanı ilıq su
1 çay stəkanı qatıq
1 şirin qaşığı toz şəkər
Qəbul etdiyi qədər un
1 çay qaşığı duz

İçlik üçün:
1 dəstə təzə yaşıl reyhan
1 xörək qaşığı quru yaşıl reyhan
2 ədəd qırmızı bibər

Hazırlanması:
Bibəri ilıq suda gözlədin. 1 paket yaş mayanı ilıq suyun içərisində əridin. Toz şəkər, maye yağ , qatıq, duz əlavə edib qarışdırın. Reyhanları yuyub doğrayın, sonra qarışığa əlavə edin. Qırmızı bibərləri də incə doğrayıb qarışığa əlavə edin. Yavaş- yavaş un əlavə edərək yumşaq bir xəmir əldə edin.
Xəmiri mayalanması üçün 30 dəqiqə üzəri bağlı olaraq gözlədin. Soba qabını maye yağ ilə yağlayın və xəmiri qəlibə yayın. Xəmiri qəlibin içində də 30 dəqiqə saxlayın.
170 dərəcə sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür