resepti.local » Resept » Naringi şərbətli keks resepti
Naringi şərbətli keks resepti

Naringi şərbətli keks resepti

Mətbəx: Yoxdu
Porsiya: 6-8

Naringi şərbətli keks resepti

Keks üçün:
3 ədəd yumurta
100 qram (yarım su stəkanı) şəkər
125 qram marqarin
1 paket vanil
Yarım paket qabartma tozu
250 qram (2 su stəkanı) un
5 xörək qaşığı naringi suyu
5 ədəd naringinin incə rəndələnilmiş qabığı

Siropu üçün:
3 ədəd naringi
3 su stəkanı su
Yarım su stəkanı toz şəkər
8-10 ədəd mixək

Hazırlanması:
Keks üçün, yumurtaları toz şəkərlə çırpın. Üzərinə otaq istiliyindəki marqarini əlavə edin. Ardından vanil, qabartma tozu, naringi suyu və incə rəndələnilmiş qabığını qoyun. Ən son olaraq unu əlavə edib qarışdırın. 30 sm-lik uzun bir keks qəlibini yağlayın. Xəmiri qəlibə boşaldın. 180 dərəcə sobada bişirin. Sobadan çıxarıb soyudun. Digər tərəfdə naringiləri, qabıqlarını soymadan enləşdirməsinə ikiyə kəsin və qazana köçürün. Üzərinə su, toz şəkər və mixəkləri qatıb qaynadın. Qaynadıqdan sonra şərbəti oddan götürüb ilıqlaşdırın. İlıq şərbəti keksin üzərinə gəzdirin. Dilimləyib servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür