resepti.local » Resept » Donmuş limonad resepti
Donmuş limonad resepti

Donmuş limonad resepti

Mətbəx: Yoxdu
Kateqoriya: i̇çkilər
Porsiya: Yox

Donmuş limonad resepti

Tərkibi:
4 limon
1 st. şəkər tozu
1 x.q. bal
4 st. su

Bəzək üçün:
Limon dilimləri və nanə yarpaqları

Hazırlanması:
İki limonun qabığını sürtgəcdən keçirin. Bütün limonları sıxıb şirəsinə limon qabığı və şəkər tozu əlavə edin, qarışdırın. Bir gecə dondurucuda saxlayın.

Sabahı gün çıxarıb donunu açın, süzün, bal və su əlavə edib qarışdırın. Yenidən dondurucuya qoyun. Tam donandan sonra çıxarıb çəngəllə qazıyaraq qarışdırın. Yenə dondurucuda saxlayın. Süfrəyə verərkən dondurma qaşığı ilə götürüb kremankalara qoyun, limon dilimi və nanə ilə bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür