resepti.local » Resept » Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT
Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Mətbəx: Yoxdu
Porsiya: 4-6

Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Tərkibi:
500 ml qatıq
200 q un
4 yumurta
1 ç.q. qabartma tozu

İç üçün:
1 dəstə göy soğan
100 q bərk pendir
1 bişmiş yumurta
Qatıqlı-yumurtalı piroq resepti - FOTO RESEPT

Hazırlanması:
İçin hazırlanamsı:

Pendiri sürtgəcdən keçirin, yaxud xırda doğrayın, xırda doğranmış göy soğan və kubik doğranmış bişmiş yumurta ilə qarışdırın. İç hazırdır.

Qeyd: Güclü dadı olan pendir seçin, ətirli və bir qədər duzlu olsun, məsələn, Oltermani, Qauda, Tilziter, yaxud Edam.

Xəmirin hazırlanması:
Unu qatıqla qarışdırın.

Yumurtaları, duz-istiot, 1 çay qaşığı da şəkər tozu əlavə edin. Qabartma tozunu ən sonda əlavə edin, qarışdırın. Xəmir duru alınmalıdır.

Sinini yağlayın. Xəmirin yarısını içinə tökün. İçi döşəyin.

Xəmirin qalanını üzərinə töküb 180 dərəcə qızdırılmış sobaya qoyun.

Təxminən 30 dəqiqə bişirin.

Bişirdikdən dərhal sonra sobadan çıxarmayın. Bir qədər soyumasını gözləyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür