resepti.local » Resept » Şokoladlı dondurma resepti
Şokoladlı dondurma resepti

Şokoladlı dondurma resepti

Mətbəx: Yoxdu
Porsiya: 1-2

Şokoladlı dondurma resepti

Tərkibi:
50 qr pudra şəkəri
300 ml krem
2 xörək qaşığı süd
125 qr şokolad
½ çay qaşığı vanil
2 xörək qaşığı əlavə krem

Hazırlanması:
Süd və kremi bir qabda çırpın. Çırpdıqdan bir neçə dəqiqə sonra pudra şəkəri və vanili əlavə edərək krem halı alana qədər çırpın. Bu qarışığı ağızı qapaqlı bir qaba tökərək soyuducunda 30 dəqiqə gözlədin.
Şokoladları kiçik-kiçik doğrayın.
Doğradığınız şokoladları şüşə bir kasanın içinə əlavə edib üzərinə 2 xörək qaşığı kremi əlavə edin. Bu kasanı isti su dolu bir qazanın içinə qoyaraq şokoladı əridin.
Əridikdən sonra hərdənbir qarışdıraraq soyudun. Soyuducuya qoyduğunuz qarışığı çıxarın və ayrı bir qaba köçürün. Üzərinə şokoladlı qarışığı əlavə edərək taxta bir qaşıqla qarışdırın. Hazırladığınız bu qarışığı soyuducunda dondurun. Dondurduqdan sonra qaşıqla yumrulayaraq sevdiyiniz meyvələrlə servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür