resepti.local » Resept » Badamlı peçenye resepti
Badamlı peçenye resepti

Badamlı peçenye resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Badamlı peçenye resepti

Tərkibi:
Badam (təmizlənmiş, blenderdən keçirilmiş – 2 stəkan)
Yumurta – 2 ədəd
Şəkər kirşanı – 1 stəkan
Vanil – 1 ç/q.
Bəzək üçün badam dənələri

Hazırlanması:
Badamları 1-2 dəqiqə qaynatdıqdan sonra qabığını soyub, blenderdən keçiririk.
Yumurtaları sındırıb, şəkər kirşanı ilə birgə köpüklənənə kimi çalırıq. Sonra badamla vanili də əlavə edirik.
Hazır kütləni çay qaşığı ilə əvvəlcədən isidilmiş və yağlanmış tavaya tökürük.
Hər peçenyenin üzərinə 1 ədəd badam qoyuruq. 170 dərəcə temperaturda 12 dəqiqə ərzində bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür