resepti.local » Resept » Şokoladlı sürpriz peçenye resepti
Şokoladlı sürpriz peçenye resepti

Şokoladlı sürpriz peçenye resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Şokoladlı sürpriz peçenye resepti

Tərkibi:
3 su stəkanı un
1 paket marqarin
Bir yarım su stəkanı pudra şəkəri
1 ədəd yumurta ağı
Yarım paket vanil
1 paket bitter şokolad (80 qram)

Bəzəmək üçün:
3 xörək qaşığı hazır şokolad sousu

Hazırlanması:

Un, marqarin, pudra şəkəri, yumurta ağı və vanili qarışdırıb yoğurun. Hazırladığınız xəmiri nəmli bir bezə bükərək 15 dəqiqə gözlədin. Daha sonra xəmiri bir oxlov ilə yarım santimetr qalınlığında açın. Bir stəkan ağızı ilə xəmirdən yumru parçalar kəsin. Şokoladı bir bıçaqla kiçik parçalara ayırın. Xəmirdən kəsdiyiniz parçaların ortasına, şokolad parçalarından bir neçə dənə qoyub kənarlarını bağlanın. Bir soba qabına yağlı kağız yayıb peçenyeləri üzərinə düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə bişirin. Sobadan çıxardıqdan sonra servis qabına qoyub soyudun və üzərlərinə şokolad sousu gəzdirib servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür