resepti.local » Resept » Toyuqlu gül börəyi resepti
Toyuqlu gül börəyi resepti

Toyuqlu gül börəyi resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Toyuqlu gül börəyi resepti

Tərkibi:
1 ədəd toyuq sinəsi
1 çay qaşığı duz
4 ədəd yuxa

Üzəri üçün:
1 ədəd yumurta sarısı
2 xörək qaşığı küncüt

Sous üçün:
1,5 su stəkanı toyuq suyu
1 su stəkanı süd
1 ədəd yumurta
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 çay stəkanı su
2 xörək qaşığı un
5 xörək qaşığı maye yağ
125 gr marqarin

Hazırlanması:
Toyuq sinəsinə duz əlavə edib üzərini örtənə qədər su ilə qaynadın. Ayırd edib didikləyin. Maye yağda unu yüngül qovurub süd və toyuq suyunu əlavə edin. Toyuqları və qara bibəri qatın, yumurtanı əlavə edib qarışdırın. Yuxaları dördə bölüb su və marqarin qarışığı ilə yağlayın. Uc qisiminə toyuqlu içlikdən qoyub rulet şəklində bükün. Ruletləri öz ətrafında çevirib gül şəkli bükün. Qalan yuxaları da eyni şəkildə hazırlayın. Yağlanılmış soba qabına düzün. Üzərinə bir miqdar su və yumurta sarısı sürtün. 200 dərəcə əvvəldən isidilmiş sobada yaxşıca qızarana qədər bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür