resepti.local » Resept » Qaşıq qurabiyəsi resepti
Qaşıq qurabiyəsi resepti

Qaşıq qurabiyəsi resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Qaşıq qurabiyəsi resepti

Tərkibi (25 ədəd):
2 su st. şəkər pudrası
250 q marqarin
3 yumurta
2 x.q. fındıq tozu
1 armudu st. damla şokolad
2 x.q. xırdalanmış qoz
yarım paket qabartma tozu
1 ç.q. vanil
3 su st. un

Üzərinə:
qoz

Hazırlanması:
Şəkər pudrası və otaq temperaturunda yumşaldılmış marqarini mikserlə çalın. Yumurta əlavə edib çalmağa davam edin. Fındıq tozu (yaxud rəndələnmiş fındıq), damla şokolad, xırdalanmış qoz, qabartma tozu, vanil və un əlavə edib yoğurun.

Dondurma qaşığı ilə xəmirdən kürələr hazırlayın, yağlanmış siniyə aralı-aralı düzün. Üzərinə qoz qoyun, əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür