resepti.local » Resept » Tənbəl xaçapuri resepti
Tənbəl xaçapuri resepti

Tənbəl xaçapuri resepti

Mətbəx: Gürcü mətbəxi
Kateqoriya: xəmir işləri
Porsiya: Yox

Tənbəl xaçapuri resepti

Tərkibi:
100 q bərk pendir
100 q xama
1 yumurta
1 x.q. un
şüyüd
duz
istiot
bitki yağı

Hazırlanması:
Pendiri sürtgəcin xırda gözündən keçirin.

Şüyüdü yuyub xırda doğrayın.

Pendir, xama, yumurta, un və şüyüdü bir qaba qoyun. Duz, istiot vurun. Yaxşıca qarışdırın.

Bitki yağını tavada qızdırın. Qarışığı içinə töküb hamarlayın.

Hər iki üzünü 10 dəqiqə qızardın.

Kağız salfetin üstünə qoyub yağını çəkməsini gözləyin.

Soyudub üçbucaq paylara bölün.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür