resepti.local » Resept » Tərəvəzli keks resepti
Tərəvəzli keks resepti

Tərəvəzli keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Tərəvəzli keks resepti

Tərkibi:
3 ədəd çuğundur yarpağı (doğranmış),
3 böyük kartof (bişmiş və doğranmış),
2 böyük kabak (rəndələnmiş),
3 yemək qaşığı tam kəpəkli un,
1 yumurta,
3 yemək qaşığı zeytun yağı,
250 q holland pendiri (rəndələnmiş),
Duz ,
İstiot,
1 şirniyyat qaşığı qırmızı bibər,
1 şirniyyat qaşığı kəklikotu,
1 şirniyyat qaşığı cirə

Hazırlanması:
Robotta doğranmış çuğunduru, kartofu və rəndələnmiş kabağı yaxşıca çəkin.
Üstünə yumurtanı, zeytun yağını və unu əlavə edib yenidən çəkin.
Ən son ədviyyatları əlavə edib yenidən çəkin.
Fırın sinisini yağlayın.
Qarışımı siniyə tökün və üzərinə rəndələnmiş holland pendirini səpin.
20 – 25 dəqiqə qədər 180 dərəcə qızdırılmış fırında bişirin.
Kvadrat şəklində doğrayıb servis tabağına alın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür