resepti.local » Resept » Bibərli soyuq şorba resepti
Bibərli soyuq şorba resepti

Bibərli soyuq şorba resepti

Mətbəx: Yoxdu
Kateqoriya: şorbalar
Porsiya: Yox

Bibərli soyuq şorba resepti

Tərkibi:
6 ədəd bibər
2 ədəd qırmızı bibər
1 ədəd soğan
2 qəhvə fincanı zeytun yağı
1 x.q un
2 su stəkanı su
250 qram qatıq
1 çay stəkanı su
2 diş sarmısak
Kifayət qədər duz, qara bibər
1 ç.q reyhan

Hazırlanması:
Bibərləri ocaqda qizardıb, qabığını soyun və incə uzun olaraq doğrayın. Soğanı kub-kub doğrayın və zeytun yağında qovurun. Unu əlavə edib rəngi dəyişənə qədər qovurun.
Doğranmış bibərləri əlavə edib, 1-2 dəfə qarışdırın.
Üzərinə suyu mərhələ-mərhələ əlavə edərək qarışdırın və 2-3 dəqiqə qaynadın. Sonra ocağın altını söndürərək soyumağa qoyun.
Bir kasaya qatıq, 1 çay stəkanı su, döyülmüş sarmısak, duz və qara bibəri əlavə edib, hamısını çırpın və qazandakı qarışığa əlavə edin.
Bütün vəsaitləri qarışdırın. Üzərinə reyhan səpin. Soyuq olaraq servis edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür