resepti.local » Resept » Qozlu piroq resepti
Qozlu piroq resepti

Qozlu piroq resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qozlu piroq resepti

Tərkibi:
100 qram kərə yağı.
150 qram şəkər tozu.
2 ədəd yumurta.
5 qram qabartma tozu,
120 qram buğda unu,
100 qram qoz ləpəsi,
125 ml süd.

Hazırlanması:
Qozlu piroq resepti üçün əvvəlcə yumurtanı şəkər tozu ilə çırpın.
Başqa bir qabda yağı əridib soyudun.
Yağ soyuduqdan sonra çalınmış yumurtaya əlavə edin və bunları da möhkəm qarışdırın.
Qozu qabıqlarından təmizləyin.
Təmizlənmiş qoz ləpəsini xırda-xırda doğrayın.
Doğranmış qozu unla qarışdırın.
Sobanı 180 dərəcədə isidin.
Hazırladığınız Qozlu piroq xəmirini 180 dərəcə isidilmiş sobada 30-35 dəqiqə bişirin.
Qozlu piroq bişdikdən sonra soyumasını gözləyin.
Soyuyan qozlu piroqu şəkər kirşanı və qoz ləpəsi ilə bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür