resepti.local » Resept » Xırt-xırt kartof resepti
Xırt-xırt kartof resepti

Xırt-xırt kartof resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Xırt-xırt kartof resepti

Tərkibi:
kərə yağı 50 qram,
Qauda pendiri: 100 qram,
Kartof: 2 ədəd,
Göyərti,
Suxarı,
Duz,
İstiot

Hazırlanması:
Göyərti kiçik-kiçik doğranılır.
Suxarı əlavə edilir və qarışdırılır.
Qauda pendiri sürtkəcdən keçirilir.
Sürtkəcdən keçirilmiş pendir suxarılı göyərti ilə qarışdırılır və birlikdə yenidən kiçik-kiçik doğranılır.
Kartofun uzunlamasına içərisindən bambu kabab şişi keçirilir.
Bıçaq vasitəsi ilə spiral formasında kəsilir.
Spirallar bir-birindən aralanır.
Sobanın sinisinin içərisinə bişirmə kağızı sərilir.
Spiral formasında kəsilmiş kartof buraya qoyulur.
Yüngül əridilmiş kərə yağı fırça vasitəsi ilə kartofun üzərinə sürülür.
Yağlanmış kartofun üzərinə Qauda pendirli göyərtili suxarı səpilir.
180 0C isidilmiş sobada qızarana kimi bişirilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür