resepti.local » Resept » Tort üçün biskivit resepti
Tort üçün biskivit resepti

Tort üçün biskivit resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Tort üçün biskivit resepti

Tərkibi:
1 stəkan un,
1 stəkan şəkər tozu,
3 yumurta,
3 xorək qaşığı isti su,
1 xorək qaşığı duru yag,
1 paket vanil,
1 paket qabartma tozu,

Hazırlanması:
Yumurtaların agıyla sarısını ayırın.
Sarısını 1 stəkan şəkər tozuyla rəngi acılana qədər mikserlə calın.
Sonda uzərinə suyu,yagı tokub 5 dəqiqə calın.
Hazır olduqdan sonra unu və vanili ələyib qaşıqla ehmalca qarışdırın.
Qıraqdaki yumurtanın agına qətiyyən şəkər tozu və başqa ərzaq qatılmadan mikserlə agarıb qatılaşana kimi cırpın.
Yumurtanın agini 3 dəfəyə sarısinın uzərinə tokub köpunun yatmaması üçün qaşıqla yavaş -yavaş qarışdırın.
Ən sonra qabartma tozunu ələyib qatın.
Qabartma tozunu həmişə ən sonda əlavə edin və çox qarışdırmayın.
Onda biskvitiniz daha yaxşi qabarar.
Biskviti bişmək uçün qaba tökdükdən sonra 4-5 dəfə stola çırpın ki, icindəki hava cıxsın və biskivitinizin hər tərəfi eyni qabarsin.
Sonda əvvəlcədən 170 dərəcə qızdırılmış fırında 30-35 dəqiqə bişirin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür