resepti.local » Resept » Uzunömürlülərin məhsulu. Yeyin ki, çox yaşayasınız
Uzunömürlülərin məhsulu. Yeyin ki, çox yaşayasınız

Uzunömürlülərin məhsulu. Yeyin ki, çox yaşayasınız

Uzunömürlülərin məhsulu. Yeyin ki, çox yaşayasınız

Vermont Universiteti (ABŞ) alimləri sübut edirlər ki, acı bibər (çili) bir çox xəstəliklərin riskini azaldır.

Alimlər acı bibəri "uzunömürlülərin məhsulu" adlandırıblar.

Mütəxəssislər uzun müddət ərzində bir qrup insanın rasionuna nəzarət edirdi. Nəticədə məlum olub ki, qidalanmasında acı bibər və digər ədviyyatlar olan insanların sağlamlıq göstəriciləri daha yüksək idi. Alimlər sübut edir ki, acı bibəri istehlak edən insanların müxtəlif səbəblərə görə ölüm riski 36% azalır.

Mütəxəssislərin fikrinə görə, bunun səbəbləri çoxdur. Ədviyyatlar və o cümlədən acı bibər metabolizmi sürətləndirir, immun sisteminin fəaliyyətini stimullaşdırır, sərbəst radikalların orqanizmə olan təsirini və iltihabı azaldır. Bütün bunlar isə sağlamlığı yaxşılaşdırır və xroniki xəstəliklərin riskini azaldır.
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür