resepti.local » Resept » Qatıqlı tərəvəz salatı resepti
Qatıqlı tərəvəz salatı resepti

Qatıqlı tərəvəz salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Qatıqlı tərəvəz salatı resepti

Tərkibi:
5-6 badımcan,
4 orta boy pomidor,
4-5 qırmızı bibər,
3-4 yaşıl uzunsov bibər,
1 dəstə cəfəri,
1 kasa qatıq,
3-4 diş sarımsaq
1 yemək qaşığı kərə yağı ( zeytun yağı ),
Qırmızı toz bibər,
duz,

Hazırlanması:
Badımcanlar və qırmızı bibərlər közlənir.
Közlənən badımcan və bibərlərin qabıqlarını soyub bütün ərzaqları orta irilikdə doğrayıb salat tabağına alın.
Uzunsov bibərlərin toxum yataqlarını çıxardaraq incə parçalar halında doğrayın.
Qabıqları soyulan pomidorları da küp-küp doğrayın.
Pomidor və uzunsov bibərləri tabaqdakı közlənmiş ərzaqların üzərinə əlavə edin.
Doğranmış cəfəriləri də əlavə edib ərzaqları əzdirmədən xəfifcə qarışdırın.
Duzu ayarlanan salatın üzərinə sarımsaqlı qatıq əlavə edin.
Kərə yağı və zeytun yağında bişirmiş olduğunuz qırmızı toz bibəri qatığın üzərinə gəzdirib servisə alın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür