resepti.local » Resept » Həm sadə, həm də ləzzətli: Evdə pendir resepti
Həm sadə, həm də ləzzətli: Evdə pendir resepti

Həm sadə, həm də ləzzətli: Evdə pendir resepti

Mətbəx: Yoxdu
Kateqoriya: digər reseptlər
Porsiya: Yox

Həm sadə, həm də ləzzətli: Evdə pendir resepti

Tərkibi:
6 kq. çiy süd.
1,5 çay qaşığı pendir mayası,
2 yemək qaşığı qaya duzu

Hazırlanması:
Südünüzü ocağın üzərinə alın.
Vam atəşdə qaynatmağa başlayın.
Qaynadıqdan sonra ocaqdan endirin və 35-37 dərəcəyə gəlməsini gözləyin.
Ardından içərisinə pendir mayasını əlavə edib qarışdırın.
Sonrasında qapağını qapadın və bez yardımıyla ətrafını gözəlcə sarıyın.
Otaq temperaturunda 1,5 saata yaxın mayalayın.
Mayalandığını anlamaq üçün qazanın qapağını açıb xəfifcə sallamanız ya da sərçə barmağınızı südün içinə batırmanız yetərli olacaqdır.
Qatıqdan daha qatı bir halda isə hazırdır demək.
Ardından təmiz bir tülbəndin üzərinə pendirlərinizi alın.
Suyunun süzülməsi üçün bir yerə asın və 3-4 saata yaxın dincəldin.
Ardından cunanın içindən çıxarıb dəzgah üzərində mümkünsə iki ağır daşın arasında 3-4 saat daha gözlədin.
Duz və suyla bir su hazırlayın və pendirləri içərisinə atın.
Bir neçə gün sonra duzlu sudan istədiyiniz ölçüdə çıxardıb nuş edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür