resepti.local » Resept » Hind üsulu mərci şorbası resepti
Hind üsulu mərci şorbası resepti

Hind üsulu mərci şorbası resepti

Mətbəx: Asiya mətbəxi
Porsiya: 2-4

Hind üsulu mərci şorbası resepti

Tərkibi:
3 st. qırmızı mərci
5 st. su
1 baş soğan
3 diş sarımsaq
1 x.q. kərə yağı
1 pomidor
1 ç.q. qaram masala
1/2 ç.q. cirə
1/2 ç.q. quru keşniş
1/4 ç.q. darçın
1/2 ç.q. çili (pul bibər)
zəncəfil
1 st. kokos südü (etmək istəsəz bəlkə)

Hazırlanması:
Mərcini təmiz yuyub üstünə su əlavə edin və bişməyə qoyun.
Qalın tavada kərə yağını əridin. İçinə bütün ədviyyatları əlavə edin. 1-2 dəqiqə qızardın.
Soğanı və sarımsağı xırda kəsib yağa əlavə edin. Biraz qovurun. Pomidorun qabığını soyub kəsirik və əlavə edirik soğançaya.
Mərci qaynamağa başlayanda qızartdığımız qarışımı əlavə edirik.
20 dəqiqə bişiririk. Bişmiş mərcinin içinə kokos südü və ya adi südü əlavə edirik. Qaynamamış qazanın altını keçirdirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür