resepti.local » Resept » Qarğıdalı unlu və duzlu keks resepti
Qarğıdalı unlu və duzlu keks resepti

Qarğıdalı unlu və duzlu keks resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Qarğıdalı unlu və duzlu keks resepti

Tərkibi:
2.5 su stəkanı un,
1 su stəkanı qarğıdalı unu,
1 paket qabartma tozu,
2 yumurta,
1 su stəkanı süd,
125 q kərə yağı.
5 ədəd qurudulmuş pomidor,
1 çaystəkanı bişmiş qarğıdalı,
Yarım çay stəkanı doğranmış qara zeytin,
Yarım su stəkanı rəndələnmişpendir,
1/4 dəstə doğranmış şüyüd,
1/4 dəstə doğranmışcəfəri,
3 ədəd doğranmış təzə soğan,
1 çay qaşığı duz,
1/2 çay qaşığı istiot
Üzəri üçün:
1 ədəd yumurta sarısı,
1 yemək qaşığı küncüd,

Hazırlanması:
Dərin bir kasaya qarğıdalı unu və buğda ununu ələyin.

Qabartma tozunuəlavə edib qarışdırın.

Ayrı bir kasada yumurtaları çırpın.

Üzərinə südü əlavə edərək qarışdırın.

Əridib ilıtdığınız kərə yağı, küp doğradığınız qurutulmuş pomidor, bişirilmiş qarğıdalı dənələri, doğranmış qara zeytin, rəndələnmiş pendir, incə -incə doğranmış göyərti, duz və istiotu da əlavə edərək yaxşıca qarışdırın.

Hazır xəmiri dörtkünc bir keks qəlibinə tökərək üzərinə çırpılmış yumurta sarısı sürtün və küncüd səpin.

Əvvəlcədən 180 dərcə qızdırdığınız fırında 30-35 dəqiqə bişirin.

Soyuduqdan sonra dilimləyərək servis edin .

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür