resepti.local » Resept » Meyvəli tort resepti
Meyvəli tort resepti

Meyvəli tort resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Meyvəli tort resepti

Tərkibi:
Biskivit:
•5 yumurta
•1 stəkan şəkər tozu
•1 qabartma tozu
•Vanil
•1.5 stəkan un

Kremi:
•1 yumurta
•1 stəkan şəkər tozu
•2 yemək qaşığı un
•2 stəkan süd
•250 gr kərə yağ
•Vanil

Hazırlanması:
Keçək hazırlamağa. Yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalın. Sonra isə qabartma və vanil əlavə edin. Ən sonda isə unu yavaş yavaş töküb aşağıdan yuxarı qarışdırın. Yağlı və ya bişirmə kağızı olan qaba töküb əvvəlcə isidilmiş 180° sobada bişirin.

Gəlin indi kremi hazırlayaq. Süd, un, şəkər tozu və yumurtanı bir qazana töküb həll edin. Sonra qazın üstündə qatılaşana kimi bişirin. Davamlı olaraq qarışdırın ki yapışmasın. Ən sonra vanil əlavə edib soyumağa qoyun. Soyuduqdan sonra yumuşalmış kərə yağı ilə mikserlə ağarana kimi çalın.

Sonda isə biskiviti ortadan 2 yerə ayırın. Aralarına krem vurub istədiyiniz meyvəni qoya bilərsiz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür