resepti.local » Resept » Ev üsulu dadlı peçenye resepti
Ev üsulu dadlı peçenye resepti

Ev üsulu dadlı peçenye resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Ev üsulu dadlı peçenye resepti

Tərkibi:
•200 gr kərə yağı
•1 stəkan pudra şəkər
•1 qabartma tozu
•1 vanil
•3-4 stəkan un
•1 yumurta
•1 yumurta sarısı (ağın atmayın)
•1 stəkan kakos

Hazırlanması:
Əgər yağınız yumuşalıbsa başlaya bilərik. Yağ, pudra şəkəri, qabartma tozu, vanil və yumurtanı əliniz ilə yoğurub kakosu tökün. Sonra isə az-az unu əlavə edin. 3 stəkandan sonra una nəzarət edin. Xəmir bərk olmamalıdı və əlinizə yapışmamalıdı.

İndi isə kurabiyəmizə forma verək. Kurabiyə kəsən qablar ilə forma verə bilərsiz. Və ya kiçik toplar düzəldə bilərsiz. Onların isə 1 hissəsin yumurta ağına batırıb kakoslayın. Üzərinə zövqə görə şokalad dənəciyi də qoya bilərsiz. Və sonda bişirmə kağızına qoyun. Öncədən isidilmiş 180° sobada bişirin. Çalışın bişirmə kağızından istifadə edin ki yanmasın. Biraz qızaran kimi sobadan çıxardın. Əks halda çox quru olacaq. Və budur kurabiyələr hazırdı.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür