resepti.local » Resept » Kökə resepti
Kökə resepti

Kökə resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Kökə resepti

Tərkibi:
4st un
1/2 st ilıq süd
1/2 st ilıq su
1/2 st duru yağ
1 ədəd yumurta(sarısı üz üçün)
1 ç.q quru maya
1 x.q şəkər tozu
1ç.q duz

İç üçün:
500 q mal əti
50 q kərə yağı
1 baş soğan
Zovge gore zirinc
Duz
Istiot

Üz üçün:
1 ədəd yumurta sarısı.
Ag kuncut

Hazırlanması:
İçi hazırlamaq üçün əti suda biwene kimi qaynadib maşından keçirdirik.Sogani xirda dogruyub Üstünə yağı əlavə edib tam bişənədək qovururuq. Zövqə görə duz və istiotunu ve zirinci da tökürük. Soganla eti qarisdirib içliyimiz hazır edirik. Su ilə şəkər tozu və mayanı qarışdırırıq. 5-10 dəqiqə saxlayırıq Unu bir qaba ələyib üstünə süd, yağ, yumurta, mayalı suyu və duz əlavə edib xəmiri yoğururuq. Yumşaq xəmir olacaq. Xəmirin üstünü örtüb isti yerdə 2 saat saxlayırıq Acıdıqdan sonra 22-23 kündə düzəldirik İçlikdən 1 x.q qoyub yanlarını bərkidirik. Bu şəkildə bütün kündələri düzəldirik. Bükülən tərəfi alta olmaqla qaba kağız sərib aralı yığırıq. (Kağız sərməyə də bilərsiniz.) 15-20 dəqiqə saxlayırıq. 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür