resepti.local » Resept » Corat qutabı resepti
Corat qutabı resepti

Corat qutabı resepti

Mətbəx: Milli mətbəx
Porsiya: Yox

Corat qutabı resepti

Tərkibi:
Xəmir üçün:
3 st un
1 st ilıq st
1 ç.q duz

iç üçün:
250-300 q çəkilmiş dəvə əti
2 ədəd balaca baş soğan
1 x.q narşərab və ya 1 ədəd nar
zirinc
duz/istiot
sumaq
yağlamaq üçün əridilmiş kərə yağı
yuxaları yaymaq üçün əlavə un

Hazırlanması:
Xəmiri hazırlamaq üçüq un, duz və ilıq suyu bir qaba tökərək yumşaq xəmir yoğurulur. Qutabın sayına uyğun olaraq, xəmirdən kündələr hazıranır. İçliyi hazırlamaq üçün əti soğanla bir ət maşınından keçiririk. Üzərinə duz istiot narşərab və zövqə görə nar ya da zirinc töküb qarışdırırıq. İçliyimiz hazırdır. Xəmirdən balaca kündələr hazırlayırıq (40 q). Kündələrin hər biri oxlov ilə dairəvi şəkildə açılır. Açılan xəmirin yarı hissəsinə içlik qoyulur və aypara şəklində qatlanılır. Soba qabına kağız sərib (kağızsız) yığırıq. Üstündən çəngəllə 5-6 yerdən düşdəkləyirik. Üzərinə yağ ya da su çəkirik. Sobanı 170-200 dərəcədə qızdırıb qutabı bişməyə qoyuruq. Üzü qızaranda qutab hazır olacaq. Corat qutabı təndirdə bişiriləndə daha ləzzətli olur. Çıxaran kimi üzərinə yağ çəkib üst üstə yığırıq. Süfrəyə verildikdə zövqə görə üzərinə sumax səpilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür