resepti.local » Resept » Qarın qutabı resepti
Qarın qutabı resepti

Qarın qutabı resepti

Mətbəx: Milli mətbəx
Porsiya: Yox

Qarın qutabı resepti

Tərkibi:
Xəmir üçün:
800 qr un
1 ç/q duz
su

İçlik üçün:
1 kq qarın (mal və ya qoyun)
300 qr quyruq
3 ədəd soğan
duz
istiot
nar və ya zirinc

Hazırlanması:
1. İçliyi hazırlamaq üçün, qarın, quyruq və soğan ət maşınından çəkilir; duz, istiot vurulub yaxşıca qarışdırılır.
2. Xəmiri hazırlamaq üçüq un, duz və ilıq suyu bir qaba tökərək yumşaq xəmir yoğurulur.
3. Qutabın sayına uyğun olaraq, xəmirdən kündələr hazıranır
4. Kündələrin hər biri oxlov ilə dairəvi şəkildə açılır. Açılan xəmirin yarı hissəsinə qarından (yəni hazırlanmış qiymədən) qoyulur və aypara şəklində qatlanılır.
5. Qiyməni xəmirin arasına qoyarkən zövqə görə nar dənələrindən və ya zirincdən də əlavə etmək olar.
6. Qutab, hər iki tərəfi qızarana kimi, tavada bişirilir.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür