resepti.local » Resept » Kahı salatı resepti
Kahı salatı resepti

Kahı salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Kahı salatı resepti

Tərkibi:
2 dəstə kahı,
1 ədəd xiyar,
1 ədəd kök,
1 dəstə göy soğan,
2 x.q. qatıq,
2 x.q. mayonez

Hazırlanması:
Əvvəlcə kahının yarpaqlarını ayırıb, yuyuruq. Təmiz dəsmal və ya salfet üzərinə sərib, quruduruq. Sonra əlimizlə doğrayıb, salatı hazırlayacağımız qaba tökürük. Xiyarın qabığını təmizləyib, xırda-xırda doğrayırıq. Kökü sürtgəcdən keçirdirik, soğanı isə xırda doğrayırıq. Doğranmış ərzaqları kahının üzərinə tökürük. Qatıq və mayonezi qarışdırıb, sous kimi salatın üzərinə gəzdiririk. Zövqə görə biraz duz da əlavə etmək olar.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür