resepti.local » Resept » "Bahar" salatı resepti
"Bahar" salatı resepti

"Bahar" salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Tərkibi:
Yumurta – 1 ədəd
Ağ turp – 1 ədəd
Qırmızı turp – 4 ədəd
Şüyüd, cəfəri – 1 y.q.
Kahı yarpağı – 100 qr
Xiyar – 2 ədəd
Kök – 1 ədəd

Hazırlanması:
Yumurtanı qaynadırıq, təmizləyirik və dilimləyirik. Ağ turpun qabığını soyuruq. Şüyüd və cəfərini kiçik doğrayırıq, kahı yarpaqlarını isə yuyub və quruduruq.

Ağ və qırmızı turpu, xiyar, kökü nazik dairələr şəklində doğrayırıq.

Turp və göyərtini qarışdırırıq, duzlayırıq, istiotlayırıq, xama əlavə edib qarışdırırıq. Yeməyin ortasına "təpə" şəklində yerləşdirirk. Xiyar, kök, yumurta, kahı yarpaqları və göyərti ilə bəzəyib, süfrəyə veririk.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür