resepti.local » Resept » Azərbaycan salatı resepti
Azərbaycan salatı resepti

Azərbaycan salatı resepti

Mətbəx: Milli mətbəx
Kateqoriya: salatlar
Porsiya: Yox

Azərbaycan salatı resepti

Tərkibi:
Pomidor - 200 q
Xiyar - 200 q
Turp - 150 q
Soğan - 45 q
Yaşıl soğan - 50 q
Xama - 100 q
Şüyüd - 50 q
Kahı yarpağı
Duz və istiot - zövqə görə

Hazırlanması:
Pomidor, xiyar və turpu nazik dairələr şəklində doğrayır və qaba düzürük, ortaya doğranmış yaşıl soğanı qoyuruq. Soğanı üzük şəklində doğrayırıq və salata əlavə edirik, duzlayırıq, istiotlayırıq, xama əlavə edirik, doğranmış şüyüd səpirik: ətrafına kahı yarpağı düzürük.

Turpun acı dadı mədə-bağırsaq sisteminin işini stimullaşdırır, iştahı yaxşılaşdırır, sellüloz orqanizmdən artıq xolesterini, ağır metalları və radionuklidləri uzaqlaşdırır. Günlük vitamin C normasını almaq üçün təxminən 250 qr turp yemək lazımdır.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür