resepti.local » Resept » Yunan salatı resepti
Yunan salatı resepti

Yunan salatı resepti

Mətbəx: Yoxdu
Kateqoriya: salatlar
Porsiya: Yox

Yunan salatı resepti

Tərkibi:
4 pomidor
2 xiyar
1 çay stəkanı zeytun
1 ədəd qırmızı soğan
200 qram brınza pendiri
½ çay stəkanı zeytun yağı
½ limon
Duz
İstiot

Hazırlanması:
Pomidor və xiyarı yuyub qabıqlı kvadrat şəklində doğrayın.
Zeytunun çəyirdəklərini çıxardıb, yumru-yumru doğrayın.
Soğanın qabığını soyduqdan sonra, halqa formasında doğrayın.
Hamısını bir qaba töküb qarışdırın.
Pendiri kvadrat formada dograyıb üstünə əlavə edin.
Limon suyu, zeytun yağı və duzu başqa bir qabda qarışdırıb salatın üzərinə əlavə edin.
Ən sonda istiotu əlavə edərək, süfrəyə təqdim edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür