resepti.local » Resept » Holland pendirli toyuqlu dürmək resepti
Holland pendirli toyuqlu dürmək resepti

Holland pendirli toyuqlu dürmək resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Holland pendirli toyuqlu dürmək resepti

Tərkibi:
Qouda pendiri,
Toyuq file 1 parça,
Pomidor 1 ədəd,
Bibər 1ədəd,
Duz,
İstiot,
Quru ədviyyatlar

Hazırlanması:
Pomidoru , bibəri, pendiri uzunsov halda doğrayın.
Toyuq filesini də yuyub suyunu bir dəsmalla qurutduqdan sonra istifadə etməyə hazırlayın.
Toyuq filəsini bıçaq yardımı ilə nazikləşdirin.
File hazır olduqdan sonra əvvəlcə üzərinə duzu, sonra isə ədviyyatı, istiotu səpin.
Bu işləmi başa çatdırdıqdan sonra ərzaqları yerləşdirməyə başlayın.
Əvvəlcə pendiri, somra pomidor və bibəri düzün.
Bunların hamısını filenin içərisinə yerləşdirdikdən sonra dürmək şəklində bukun.
Bükülən dürməyi alminium folqaya bükərək sobada bişməyə qoyun.
Bişdikdən sonra sobadan çıxardıb folqanı dürməyin üzərindən açın.
İsti-isti servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür