resepti.local » Resept » Pendirli tərəvəzli göbələk resepti
Pendirli tərəvəzli göbələk resepti

Pendirli tərəvəzli göbələk resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Pendirli tərəvəzli göbələk resepti

Tərkibi:
100 q Tilsiter pendiri,
200 q göbələk,
1 ədəd bibər,
1 ədəd pomidor,
Yarım dəstə göyərti,
12 xörək qaşığı duru yağ,
Ala bildiyi qədər duz,

Hazırlanması:
Əvvəlcə göbələklərin govdəsini ayırin.
Sonra göbələklərin içərisini təmizləyin.
Təmizlədiyiniz göbələkləri yuyun.
Pendiri rəndələyin.
Pomidoru, bibəri, göyərtini də kiçik-kiçik doğrayın.
Bütün ərzaqlar hazır olduqdan sonra “Pendirli tərəvəzli göbələk ” yeməyini bişirməyə hazırlayaq.
Əvvəlcə doğradığımız pomidoru, bibəri, göyərtini də qataraq qarışdırın.
Sonra üzərinə duru yağı əlavə edib bir az daha qarışdırın.
Qarışıma göbələyin gövdəsini də rəndələyib qatın və yaxşıca qarışdırın.
Duzunu da əlavə edib qarışdırın.
Pendirli göbələyik üçün içliyiniz hazırdır.
Göbələklərin içərisinə hazırladığınız qarışımdan yığaraq istiyə davamlı bir qaba düzün.
Bütün göbələklərin içərisini doldurduqdan sonra bişirmə prosesinə başlayaq.
Sobanı əvvəlcədən qızdırın.
Hazır göbələkləri sobaya verin.
Bişənə yaxın göbələkləri sobadan çıxardaraq üzərinə rəndələdiyiniz pendiri əlavə edərək yenidən bişmək üçün sobaya verin.
Artıq “Pendirli tərəvəzli göbələk” servis üçün hazırdır.
İsti halda süsləyərək servis edə bilərsiniz.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür