resepti.local » Resept » Holland pendirli yumurtalı toyuq kotleti resepti
Holland pendirli yumurtalı toyuq kotleti resepti

Holland pendirli yumurtalı toyuq kotleti resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Holland pendirli yumurtalı toyuq kotleti resepti

Tərkibi:
200 q Qouda pendiri,
2 ədəd bişmiş yumurta,
1 ədəd bişməmiş yumurta,
yarım dəstə goy soğan.
100 q un,
200 q Amerlander kərə yağı,
500 q toyuq döşü,
200 q suxarı,
Ala bildiyi qədər duz,
İstiot,

Hazırlanması:
Yumurtaların 2-ni suda qaynadın.
Bişdikdən sonra qabığını soyub kiçik-kiçik doğrayın.
Göy soğanı da kiçik -kiçik doğrayın.
Pendiri isə rəndələyin.
Bunları bir-birinə qataraq qarışdırın.
Toyuq döşünü qiymə halına salın.
Toyuq filesinin içərisinə bişməmiş yumurtanı sındırın .
Ala bildiyi qədər duz və istiotunu da əlavə edərək yaxşıca yoğurun.
Un və suxarını da bir-birinə qataraq qarışdırın.
Hazırladığınız toyuq qiyməsini əlinuzlə azca açaraq içərisinə yumurtalı pendirli qarışımı əlavə edərək bükün. Hazır kotleti suxarı və un qarışımına batırıb bir kənara yığın.
Kərə yağını yaxşıca qızdırın və hazır kotletləri yağda qızardın.
Bişən kotletləri bir mətbəx dəsmalının üzərinə alın ki, artıq yağını çəksin.
Kotletlərimiz hazırdır.
İsti halda cəfəri və pomidorla süsləyərək servis edin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür