resepti.local » Resept » Damla şokoladlı muffin resepti
Damla şokoladlı muffin resepti

Damla şokoladlı muffin resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Damla şokoladlı muffin resepti

Tərkibi:
3 yemək qaşığı marqarin
200 qr şəkər tozu
2 yumurta
150 ml. qatıq
5 xörək qaşığı süd
1 çay qaşığı karbonat
125 qr damla şokolad
280 qr un

Bəzəmək üçün:
Qida boyası
Şəkər xəmiri

Hazırlanması:
Marqarin və şəkəri taxta qaşıqla yaxşıca çalın. Qatıq, süd və yumurta əlavə edib yaxşıca qarışdırın. Un və karbonatı əlavə edib qarışdırın. Damla şokoladı əlavə edin. Muffin qəliblərinə muffin kağızlarını yerləşdirin. Hazırladığınız xəmiri qəliblərə bölüşdürüb əvvəldən isidilmiş 200 dərəcədə sobada bişirin. Soyumağa buraxın. Soyuyan muffinlerin üzərini şəkər xəmirləri ilə bəzəyin.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür