resepti.local » Resept » Brokoli şorbası resepti
Brokoli şorbası resepti

Brokoli şorbası resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Brokoli şorbası resepti

Tərkibi:
400 qram brokoli
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı un
5 stəkan isti ət və ya toyuq bulyonu (istəyə uyğun)
1 çay qaşığı duz
½ çay qaşığı istiot

Hazırlanması:
Kiçik parçalara ayırdığınız brokoliləri qaynar suda 4-5 dəqiqə qaynadın.
Dərin bir tavada kərə yağını əridin. Unu əlavə edin və qoxusu çıxana və rəng alana qədər qovurun.
Qovrulan una isti ət suyunu yavaş-yavaş əlavə edin və potlaşmaması üçün bir çırpma qaşığı ilə tez-tez qarışdırın.
Qaynadılan brokolilərə duz və istiot əlavə edin. 15 dəqiqə zəif temperaturda bişirin.
Supu əl blenderindən keçirin. Süfrəyə isti-isti təqdim edin.

Qeyd: Qaynadılmış brokolilərin rəngini və tərkibindəki vitaminləri itirməməsi üçün buzlu, soyuq su dolu qabda 5 dəqiqə saxlayın.

Nuş olsun!
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür