resepti.local » Resept » Sobada piroşki resepti
Sobada piroşki resepti

Sobada piroşki resepti

Mətbəx: Yoxdu
Porsiya: Yox

Sobada piroşki resepti

Tərkibi:
300 ml. qatiq
2 yumurta
100 mk. süd
Ə150 ml. əridilmiş kərə yaği (günəbaxanla əvəz etmək olar)
15 qr. quru maya
1-2 x.q. şəkər tozu
5 st. un
duz

Hazırlanması:
1. Süd isidilir, içinə maya və şəkər tozu əlavə olunur. Qarışdırılır və mayalanması üçün 15 dəqiqə isti yerdə saxlanılır. Süd iliq olmalıdır, qəti isti olmamalıdır! əks halda maya "işləməz".
2. Qabarmış mayanın içinə qatıq, yumurta, duz və yağ əlavə olunur. Qarışdırılır.
3. Əələnmiş un əlavə edərə, yumuşaq xəmir yoğurulur. Üstü bağlı şəkildə isti yerdə mayalanmağa qoyulur.
4. Mayalanmış xəmir birdə yoğurulur və 20-25 kündələrə bölünür.
5. Hər kündə əllə yayılaraq içinə 1 x.q. içlik qoyulur. Xəmirin uclarını bərkidərək forma verilir. Üstünə yumurta sarısı çəkilir və 15 dəqiqə saxlanılır.
6. 170 dərəcəyə kimi isinmiş sobada 20-25 dəqiqə üstü qızarana kimi bişirilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür