resepti.local » Resept » Şokoladlı fondan resepti
Şokoladlı fondan resepti

Şokoladlı fondan resepti

Mətbəx: Yoxdu
Porsiya: 1-2

Şokoladlı fondan resepti

Tərkibi:
2 yumurta
1/2 st. şəkər tozu
1/4 st. un
60 qr. kərə yağı
60 qr. acı tünd şokolad (72% kakao)

Hazırlanması:
1. Soba 170 dərəcəyə kimi isidilir.
2. Dərin qabda yumurta şəkər tozu ilə mikserlə çırpılır. Əələnmiş un əlavə olunur, qarışdırılır.
3. Şokolad və kərə yağı su vannasında əridilir. əriyən kimi, yumurtalı qarışıma yavaş-yavaş əlavə olunur və qarışdırılır.
4. Soba qablarını yağlayın və içinə xəmiri tökü, qabıb 3/4 hissəsi dolu olmalıdır. Sobaya yerləşdirilir və 10-12 dəqiqə bişir.
Yoxlayın ki, üstü yanmasın. Elə qabların içində servis edin.
Yaninda dondurma, meyve və giləmeyvələr ola bilər.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür