Cheesecake peçenyası resepti

Tərkibi:
250 qr. krem pendir ( philadelphia, ricotta, labne)
130 qr. kərə yağı
1 st. şəkər tozu
2 1/2 st. un
1/2 ç.q. duz
2 ç.q. qabartma tozu
1 ç.q. vanil ekstraktı və ya limon suyu (zövgə görə)
2 yumurta
üstü üçün:
Şəkər kirşanı
Hazırlanması:
1. Soba 180 dərəcədə isidilir. Otaq temperaturda olan kərə yağı və pendir mikserlə yüksək sürətdə 2 dəqiqə çalınır.
2. İçinə şəkər tozu əlavə olunur və 3 dəqiqə çalınır.
3. Yumurta və vanil ekstraktı əlavə olunur, çalınır.
4. Un, duz, qabartma tozu ayrı qabda qarışdırılır və xəmirə az-az əlavə olunaraq çalınır.
5. Soba listinə kağız sərilir və yağ sürtülür. Krem torbası ilə və ya iki çay qaşığı köməyi ilə peçenyaları kağıza qoyuruq.
6. 10-12 dəqiqə sobada bişirilir. Peçenyalar elə ağ qalacaq, çox qızarmamalıdır. Yumuşaq və kövrək peçenyalar alınacaq, unutmayaq ki, bu cheesecake peçenyalarıdır.
7. Tam soyuyandan sonra üstünə şəkər kirşanı səpilir.
Nuş olsun!
mənbə: Günel Bahasun (instagram)

Bunlara da baxın:
Şərhlər (0)