resepti.local » Resept » Badımcanlı pizza resepti
Badımcanlı pizza resepti

Badımcanlı pizza resepti

Mətbəx: Yoxdu
Kateqoriya: pizza
Porsiya: Yox

Badımcanlı pizza resepti

Tərkibi:
Xəmir üçün:
1 st. su (dolu olmayan 200 ml.)
2 st. un
2 x.q. zeytun yağı
1/2 ç.q. duz
1/2 ç.q. maya

İçlik üçün:
1 orta boy badımcan
6-7 pomidor cherry və ya 1 adi pomidor
1/2 baş qırmızı soğan
1/2 yaşıl bolqar bibər
1/2 narıncı (sarı) bolqar bibər
2 x.q. qaymaqlı pendir (philadelphia, hochland, labne, ricotta)
1 top mozzarella pendiri
1/2 ç.q. oregano (kekik otu)
duz
istiot

Hazırlanması:
1.Iliq suda mayani qarişdırın.
Sonra unu, suyu, duzu, zeytun yağini qarişdırın. Xemir ələ yapişmamalidir. Üsdünü bağlıyın xəmir mayalansın, 2 dəfə qalxmalidir xemir.
Xemir hazir olanda liste nazik yayın.
2.Xəmirin üstünə qaymaqlı pendiri sürtün.
3.Badımcanı nazik-nazik xalqalara kəsin və pendirin üstünə düzün.
4.Pomidoru, soğanı, bolqar bibərlərini istədiyiniz formada kəsib xəmirə səpin.
5.Mozzarella pendirini xalqalara kəsib üstən düzün.
6.Duz, istiot, oregano üstən səpin.
7.əvvəldən isinmiş sobada 180-200 dərəcədə bişirin.
Pendirlərin sayəsində pizza çox yumuşaq və yüngül alınır.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür