resepti.local » Resept » Göbələkli ətli souslu spagetti resepti
Göbələkli ətli souslu spagetti resepti

Göbələkli ətli souslu spagetti resepti

Mətbəx: Avropa mətbəxi
Porsiya: 2-4

Göbələkli ətli souslu spagetti resepti

Tərkibi:
1 paçka spagetti makaronu
0,5 kq çəkilmiş mal əti
10 ədəd göbələk
1 baş soğan
1 bolqar bibər
1 x.q. tomat pastası
zeytun yağı
Parmeza pendiri üstə səpmək üçün
duz, istiot, kekik otu, cirə

Hazırlanması:
Baş soğanı xırda kəsib zeytun yağında qızardırıq 3-5 dəq. Göbələkləri 4 yerə bölüb əlavə edirik soğana. Bolqar bibəri xırda kub kəsib əlavə edirik. Çəkilmiş əti əlavə edirik və 10 dəq. qızardırıq. Əti taxta qaşıqla yaxşı ayırın ki, böyük tikələr qalmasın. Tomat pastasıni 3 x.q. suda qarışdırıb qatırıq və 15-20 dəq. bişiririk. Duz, istiot, kekik otu, cirə əlavə edirik. Sous bişənə gədər spagettini duzlu suda bişiririk.
Qaba spagetti çəkib, üsdünə sous qoyuruq. Parməzan pendiri səpirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür