resepti.local » Resept » Göbələkli toyuq sote resepti
Göbələkli toyuq sote resepti

Göbələkli toyuq sote resepti

Mətbəx: Türkiyə mətbəxi
Porsiya: Yox

Göbələkli toyuq sote resepti

Tərkibi:
0,5 kq toyuq filesi
0,5 kq göbələk
1 baş soğan
1 yaşıl uzun bibər
1 qırmızı bolqar bibər
2 pomidor
1 x.q. tomat pastası
1 ç.q. bibər pastası (acısız)
1 ç.q. kəklik otu
1/2 ç.q. paprika
istiot
duz

Hazırlanması:
Soğanı və bibərləri kəsib istədiyiniz yağda biraz qovururuq. İçinə kub formasında toyuğu kəsib əlvə edirik.
Eyni formada göbələyi kəsib əlavə edirik. Sonda pomidoru eyni formada kəsib əlavə edirik.
Qapağı bağlayıb 10 dəq. bişiririk. Sonra tomat pastası, bibər pastası, ehtiyyac varsa yağ, ədviyyatları əlavə edirik. Yaxşı qarışdırıb 5 dəqiqə daha bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür