resepti.local » Resept » Göbələkli tartaletlər resepti
Göbələkli tartaletlər resepti

Göbələkli tartaletlər resepti

Mətbəx: Yoxdu
Kateqoriya: qəlyanaltılar
Porsiya: Yox

Göbələkli tartaletlər resepti

Tərkibi:
14 ədəd tartalet
300 qr göbələk
200 qr xama
1/4 x.q. kəklik otu
kərə yağı
duz
istiot

Bəzək üçün:
Yaşıl soğan

Qeyd: Hazır tartalet marketdə tapmasaz. Özünüz qat-qat xəmirdən hazırlaya bilərsiniz.

Hazırlanması:
1. Göbələk xırda doğranılıb, kərə yağında, suyu çıkilənə kimi qızardırılır. Duz, istiot, kəklik otu səpilir. Xama əlavə olunur və 5 dəqiqə daha bişirilir. Qarışmağı unutmayın, dibi tutmasın.
2. Tartaletlərin içi göbələkli qarışımla doldurulur. Üstü yaşıl soğanla bəzədilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Şərhlər (0)
yenilə, əgər kod görünmürsə
Bütün hüquqlar qorunur! Materiallardan istifadə yalnız aktiv istinad ilə mümkündür